Səbət
Pinza
Pinza nədir?
Pinzeriaya xoş gəlmisiniz! “Pinzeria”ya xoş gəlmisiniz! Pinza (latın dilindən Pinsere – açmaq, xırda doğramaq kimi tərcümə olunur) – innovativ müəllif yeməyidir. İtalyan əsilli, iltalyan mətbəxinin qurucusu (ustası) maestro Valentino Bontempi tərəfindən yaradılıb və patentləşdirilib. Verona bölgəsində anadan olan Valentino uzun illər İtalyan və Roma imperiyasının tarixini, mədəniyyətini və mətbəxini araşdırıb və öyrənib. Bu qastronomik “səyahət” zamanı o Roma imperiyası zamanı populyar olan inanılmaz doyumcul və eynizamanda sadə kökəyə fikir verib. Təəssüf ki, həmin kökənin resepti və adı tarixdə qalmayıb.
Harda?
Pinzanın Tarixi
Əsl maestro üçün mümkün olmayan bir şey yoxdur. Beləcə Valentino dəqiqləşdirə bilib ki, sən demə bu qədim möcüzəni roma kəndliləri xırdalanmış buğdadan, duzdan və müxtəlif ədviyyatlardan istifadə etməklə kömürlərin üzərində bişirirmiş. Nəticədə özünəməxsus xırçıldayan kökə alınırmış. İlkin olaraq kökənin hazırlanmasında arpa, yulaf və darıdan (suluf) istifadə olunurdu. Sonradan isə yabanı buğda əlavə olundu. Alınan sadə kökə ilə rahib və keşişləri qonaq edirdilər. İncə və xırçıldayan kökənin üzərinə kəndlilər evdə olandan, yəni tərəvəz, meyvə, ət və digər nemətlərdən qoyaraqTanrıya da xoş gələn yüngül nahar hazır edirdilər. Bu cür yeməklər haqqında çox sayda tarixi xatırlatmalar var. Misal kimi, Vergili oval forması olan əsgərlərə qüvvət verən və yeməkdən sonra yuxu gətirməyən kökələrdən bəhs edib.
yeni resept
individual resept
Kökənin dəqiq resepti tarixdə qalmadığına görə Valentino bu hekayədən ilhamlanıb öz müəllif reseptini icad edib, alınan yeməyə isə PİNZA adı verildi.
Müəllif
Valentino Bontempi
Valentino Bontempi – məhşur italyalı şef-aşbazdır. O, 40 ildən çoxdur ki, restoran biznesindədir və fenomenal uğurlara imza atıb. O nəinki uğurlu restorator adını qazandı, həm də bestseller olmuş bir neçə kulinariyaya həsr olunmuş kitabın müəllifidir. Valentino şef-aşbaz, yazıçı, məsləhətçi və ən vacib olan xüsusi ab-hava yaradan şəxsdir!
info@pinza.az | +994 50 5863773
İş saatları: 10:00 - 23:00
Ünvan: Nizami Gəncəvi 96A, Bakı, Azərbaycan